Çili milli komandasının futbolçusu Aleksis Sançes Konfederasiyalar Kubokunda Almaniya ilə keçirilən oyunda (1:1) komandasının yeganə qolunun müəllifi olub.
Bu qol Sançes üçün əlamətdar olub. O, yığmada 38-ci qolunu vurmaqla Çili millisinin heyətində ən çox qol vuran futbolçu olub. “Arsenal”ın futbolçusu bu göstəricidə lider olan əfsanəvi Marselo Salası geridə qoyub.
