Aleksis Sançes üçün sevindirici xəbər
19.05.2023 , 15:52
Aleksis Sançesin “Marsel”dəki taleyinə aydınlıq gəlib.
Korner.az xəbər verir ki, futbolçu növbəti mövsüm də Fransa klubunun formasını geyinəcək.
Baş məşqçinin futbolçudan razı olduğu və onu komandada saxlamaq qərarına gəldiyi bildirilir.
Cari mövsüm “Marsel” ilə əlamətdar performans göstərən Aleksis Sançes 41 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib