“Arsenal”ın futbolçusu Aleksis Sançesin komandanı tərk edəcəyi barədə yayılan xəbərlər səngimək bilmir. Daha bir məlumatı “Express” nəşri yazıb.
Mənbə qeyd edir ki, Sançeslə “Real” yaxından maraqlanır. Madridlilər “Mançester Siti” ilə futbolçu uğrunda mübarizə aparıb və qalib gəlib. İddia olunur ki, “Real” çilili oyunçuya görə rəsmi təklif göndərməyi düşünür. Aleksis Saçesin özü də Madrid klubunda oynamaq istəyir.
Lakin son qərarı “Real”ın baş məşqçisi Zinəddin Zidan verəcək
