Aleksis Sançes “İnter”də
30.08.2019 , 20:18

İtaliyanın “İnter” klubu heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, klub “Mançester Yunayted”dən Aleksis Sançesi icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Aleksis, 2019/20 mövsümünü icarə əsasında “İnter”də keçirəcək.
Hücumçu “Mançester Yunayted”ə 2018-ci ildə “Arsenal”dan transfer olmuşdu.
