Aleksis Sançes “İnter”ə keçir
18.08.2019 , 14:08

“Mançester Yunayted”in vingeri Aleksis Sançes karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
“Qırmızı şeytanlar”ın çilili ulduzu “İnter”lə böyük ölçüdə anlaşıb. Xəbərdə Milan klubunun “Mançester Yunayted”ə icarə təklifi göndərdiyi və tərəflərin tezliklə bütün şərtlərdə anlaşacağı vurğulanıb.
2022-ci ilin yayına qədər “Mançester Yunayted”lə müqaviləsi olan 30 yaşlı futbolçu ötən mövsüm 27 oyuna 2 qol vurub, 4 assist edib.
