“Arsenal”ın futbolçusu Aleksis Sançes klubun ən yüksək maaşlı oyunçusu olmaq istəyir.
Korner.az-ın məlumatına görə, Çili millisinin futbolçusu hazırda qazancına görə London təmsilçisində üçüncüdü: yarımmüdafiəçi Mesut Ozil və hücumçu Teo Uolkott həftəlik 140 min, Sançes isə 130 min funt qazanır.
“Arsenal” Sançesi komandada ən yüksək maaşlı oyunçu etməyə və ona yeni 5 illik müqavilə təklif etməyə hazırdı.
