"Fənərbaxça" rəhbərliyi tərəfindən futbolçulara Twitterdən açıqlama verilməsinə qadağa qoyulsada, komandanın kapitanı Alex xüsusi bir ünsiyyət şəbəkəsi olan BlackBerry Messengardan azarkeşlərlə söhbət edib.
Korner.az– ın məlumatına görə, braziliyalı ulduz çox üzgün olduğunu deyib. Bunun səbəbi kimi Aykut Kocamanın onunla danışmadığını söyləyib:
"Heç bir görüş dəvətimi qəbul etmir. Bunun arxasında isə klubun prezidenti durub" – deyə açıqlama verib.
Aleks, Əziz İldırımla iclasada olanları belə bildirib azarkeşlərə: "Tam 3-5 saat klubda oldum. Prezidentimiz üzümədə baxmadı danışarkən. Mənimlə danışıb danışmadığı belə bilinmədi. 2014-cü ilə kimi "Fənər"də qalmaq istəyirəm deyəndə isə, İldirim mənə "O qədər uzun müddət "Fənərbaxça"da qalmağın qeyri-mümkündür" dedi. Burada qalmaq üçün illik əmək haqqımında endirilməsinə razıyam deyə bildirdim, "Bunun pul ilə heç bir əlaqəsi yoxdur, komandanın mənfəətləri üçün səni düşünmürük" deyə mənə cavab verildi.
