Aleksey Baqanın yeni klubu
22.12.2022 , 13:20
“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, o, Belarus “Şaxtyor”unun (Soliqorsk) baş məşqçisi təyin edilib. Bu barədə klubun saytı məlumat yayıb. Belaruslu mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksey Baqa 2021-ci ildə “Şaxtyor”u çalışdırıb və komanda ilə Belarus çempionu olub.