Braziliyanın “Koritiba” klubunda forma geyinən sabiq “Fənərbağça”lı futbolçu Aleks De Souza şəxsi “Twitter” hesabından Arda Turanı tərifləyib.
Korner.az-ın məlumatına görə, braziliyalı ulduz sosial şəbəkədə “Atletiko Madrid” – “Barselona” qarşılaşmasından sonra “Arda sənin həmişə heyranın olmuşam, bir daha möhtəşəm oynadın” deyə tvit atıb. “Fənərbağça” ilə “Qalatasaray” arasında oynanılan bir matçdan Arda ilə birgə şəklini “İnstagram”-da paylaşan Aleks centilmenliyini göstərmiş oldu.
