“Mura-05”in yolunu gözləyən “Bakı”nın heyətində mühim hadisə baş verib. Komandanın 77 nömrəli futbolçusu Aleksandr Şoliç ikinci dəfə ata olub. Mia adlı 4 yaşlı qızı olan yarımmüdafiəçinin bu gün Xorvatiyada oğlu dünyaya gəlib.
Korner.az-ın məlumatına görə, hazırda Xorvatiyada olan futbolçu klubun saytına açıqlamasında hisslərini bu cür ifadə edib: "Böyük sevinc içindəyəm. Uzun zaman idi ki, oğlumun yolunu gözləyirdim. Bu gün o, sağ-salamat dünyaya gəldi. Buna görə ən birinci Allaha, sonra isə, həyat yoldaşıma minnətdaram. O, mənə bundan sonrakı futbolçu karyeramda əsas stimul olacaq. Sabah Bakıya uçuram. Avroliqada “Mura-05”ə qol vurub bunu oğluma həsr etmək istəyirəm"
Qeyd edək ki, Şoliç yeni doğulan övladının adını Mihael qoyub.
