Aleksandr Səmədov “Krılya Sovetov”da
13.01.2019 , 18:40

Bir neçə gün öncə Moskva “Spartak”ından ayrılan Aleksandr Səmədovun “Krılya Sovetov”a keçidi gerçəkləşib.
Azərbaycan əsilli yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb. Ancaq klub hələlik sözləşmənin müddətini və digər detallarını açıqlamayıb. 34 yaşlı futbolçu yeni komandasında 19 nömrəli formanı geyinəcək.
