"Qarşıda bizi iki çətin oyun gözləyir. Komanda da isə əhval-ruhiyyə qaydasındadı".
Korner.az-ın məlumatına görə, bu sözləri Rusiya yığmasının azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov deyib.
DÇ-2014-ün seçmə qrup oyanlarında Rusiya yığmasına kömək edəcək. Səmədov oktyabrın 12-də portuqaliyalılarla matçı daha vacib sayır:
“Portuqaliya ilə qarşılaşmadan sonra Azərbaycan yığması haqda düşünərik. Komandamız Azərbaycanla matçda favorit sayılır. Ancaq rəqibin baş məşqçisi Berti Foqtsur. O, Azərbaycan yığmasında çox şeyə nail olub”.
Qeyd edək ki, ruslar Portuqaliyadan 4 gün sonra – oktyabrın 16-da millimizlə “Lujniki”də üzləşəcək.
