Aleksandr Səmədov finalın səfiri olacaq
20.04.2019 , 17:37

UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib.
AFFA-nın rəsmi saytına istinadən verilən xəbər görə, Rusiyanın paytaxtı Moskvanın təmsilçisi “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədov UAL Final-2019-un səfiri kimi aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək.
