Rusiya millisinin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov rus mətbuatına müsahibə verib.
Korner.az müsahibənin Azərbaycanla bağlı hissəsini diqqətinizə çatdırır.
– Futbolla bağlı yuxular görürsüz?
– Xeyr. Görünür, real həyatdakı futbol bəs edir.
– Bəs yuxusuzluqdan necə, əziyyət çəkmirsiz?
– Məsələn, Bakıdakı oyundan əvvəl cəmi 3 saat yatmışdım.
– Nə narahat edirdi ki? Ətrafınızda yaranmış xoşagəlməz vəziyyət?
– Yox, əslində, səbəb başqadı. O oyun millimiz üçün həllediciydi.
– Ancaq oyundan sonra Azərbaycan millisinin kapitanıyla nədənsə danışırdız. Yüksək tonda getmirdi ki, söhbətiniz?
– Yox. Hər şey qaydasındadı. Nə istədiyimizi aydınlaşdırdıq. Açıq sual qalmadı.
– Atanız Azərbaycan millisinin təklifini qəbul etməyə tələcməməyiniz məsələsində haqlı çıxdı. Görünür, nə vaxtsa Rusiya yığmasına çağırılacağınıza ümidi böyük imiş.
– Hər şey elə də asan olmadı. Rusiya millisində oynamaq qərarını verəndə atam məni dəstəklədi. Mən bu şansı gözlədim və onu qazandım. İki il bundan əvvəl – Dik Advokatın baş məşqçi olduğu dönəmdə Rusiya yığmasında debüt etdim. Onda seçmə mərhələdə iki oyunumuz qalmışdı – Slovakiya və Andorrayla.
– Onda 27 yaşınız vardı.
– Hə, ancaq mənə elə gəlir ki, bunun üçün heç vaxt gec deyil.