big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Aleksandar Şoliç: “…Azərbaycan futbol ölkəsi deyil, burada futbol yoxdu” – MÜSAHİBƏ

03.09.2012 , 11:40

“Bakı”nın bosniyalı yarımmüdafiəçisi Aleksandar Şoliç öz rəsmi saytında azarkeşlərin suallarını cavablandırıb

– Premyer Liqada 4 tur arxada qalıb. “Bakı”nın çempionatdakı oyununu necə qiymətləndirirsən?
– Mən optimistəm. Fikrimcə, biz həmişə olduğu kimi mükafatçılar sırasına düşəcəyik. Çünki, mövsümə yaxşı hazırlıq keçdik. Baş məşqçinin üslubu da xoşuma gəlir. Turnir cədvəlində altıncı yerdə olmağımızı şanssızlıq kimi dəyərləndirirəm. Bizim bir neçə oyunda bəxtimiz gətirmədi. Bunun əsas səbəblərindən biri müvəqqəti olaraq ev oyunlarımızı süni meydançada keçirməyimizdi. İlk oyunda “Simurq”la heç-heçəni ədalətli sayıram. “Rəvan”la oyunda isə oyun boyu üstün tərəf biz olsaq da, onlar əldə etdiyi yeganə hücumdan faydalana bildilər və heç-heçə oldu. Biz “Rəvan”la iki xal itirdik. Üçüncü “Kəpəz”ə qarşı oyunda isə onlarla təhlükəli vəziyyət yaratsaq da, yalnız üçündən faydalana bildik. Əsas olan üç xal idi ki, bunu qazandıq. Ümumiyyətlə belə meydançaların əlehinəyəm. Süni örtükdə texnikalı oyun göstərmək çətindi. Çempionata yaxşı başlamadıq. İndi hər şey yoluna düşür. Komandamız gün-gündən artırır. Əgər sən udub pis oynayırsansa bunun gələcəyi yoxdu. Ən əsası yaxşı oyun göstəririk. Növbəti turlarda siz bunu görəcəksiniz.

– “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşdü. Çempionatdakı əsas rəqibinizin bu uğurunu necə qiymətləndirirsən?
– Çox sevinirəm. Onları bir daha təbrik edirəm. Bunu etmək üçün çox ağır zəhmət çəkmək lazımdı. Azərbaycan futbolu adına böyük uğurdu. Onlar ilk olaraq bu yolu açdılar. Fikrimcə, bundan sonra bütün klublarınıza bu yol daha asan görünəcək. Növbəti illərdə başqa klublar da belə uğur qazanacaq. Çünki “Neftçi” bunun mümkün olduğunu hamıya göstərdi. Azərbaycanın heç vaxt qruplara düşə bilməyəcəyini deyənlər, burada yaxşı futbolçuların olmadığını deyənlər başa düşdü ki, Azərbaycan çempionatı çox güclüdü.

– “Bakı”nın Avrokuboklarda yaxşı çıxış etməsinə nə mane olur?
– Mərhələ adlamaq, daha da irəli getmək tək futbolçulardan asılı deyil. Burada sərfəli püşkün də rolu az deyil. Bəxt amili, hakim və s. rolu var. Bir neçə dəfə uğur qazanmaq üçün şansımız olub. Çoxları “Mura”nı zəif adlandısa da, Avroliqanın onlar play-off mərhələsinə qədər irəlilədi. İnanıram ki, gələn il biz daha uğurlu çıxış edəcəyik.

– Bosnya və Hersoqovina millisinə dəvət edilməməyini necə izah edirsən?
– İki dəfə millinin heyətində olmuşam. Bosnyada futbolçular, Avropanın ən yaxşı klublarında çıxış edir. Millimiz çox güclüdü. Bura gələndə mənə açıq şəkildə dedilər ki, Azərbaycan futbol ölkəsi deyil. Burada futbol yoxdu. Ora gedirsənsə millini unut. Onlar mənim Avstrya və ya Almaniyada oynamağımı istəyirdi. Avstriya varinatnı son anda alınmadı və “Bakı”ya gəldim. Bura gəldiyim üçün peşman deyiləm. Üç il ərzində burada çox inkişaf gedib. “Neftçi” də qrupa düşdü. Biz də uğurlu çıxış etsək yəqin ki, milliyə dəvət edəcəklər.

– Sənin üçün “Bakı”da hansı məşqçi ilə işləmək daha rahat idi?
– “Bakı”nın bütün məşqçiləri ilə yaxşı münasibətim olub. Mənim üçün baş məşqçinin heç bir fərqi olmayıb. Əsas məqsədim onların tapşırıqlarını meydanda düzgün yerinə yetirib komandama uğur qazandırmaq olub. Bülənt Qorxmaz isə mənim karyeramda, oyunumu tapmağımda böyük rol oynayıb. Onunla münasibətlərimiz peşəkarlıq üzərində qurulmuşdu. Həmişə bir-birimizə hörmətlə yanaşmışıq. O mənə meydanda sərbəstlik vermişdi. Mən də bundan istifadə edərək özümü göstərirdim.

Azərbaycan çempionatında sənin mövqeyində oynayan hansı yarımmüdafiəçinin oyununu bəyənirsən?
– Bir çoxlarının oyununu bəyənirəm. Flavinyo daha çox xətti oyuna üstünlük verir. Georgi Adamiya da yaxşı oyunçudu. Biz onunla bir yerdə də oynamışıq. “Xəzər Lənkəran”dan Rahid Əmirquliyevi də bəyənirəm. O bir qədər müdafiədən oynayır. Onun oyununu bizdə Nenand Kovaçeviçin oyununa bənzədirəm. “Qəbələ”də Dodo da yaxşıdı. Bir neçə oyunçu var ki, onların adlarını bilmirəm.

Son yazılar

To Top