İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın zədəli futbolçusu Aleks Vidalın son durumu bəlli olub.
Korner.az-ın məlumatına görə, futbolçu 5 ay yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, dünən La Liqanın 22-ci turu çərçivəsində “Alaves”ə qarşı keçirilən matçda Aleks Vidalın ayaq biləyi sınmışdı.
Qeyd edək ki, matçda “Barselona” 6-0 hesabı ilə qalib gəlmişdi.
