Türkiyənin "Fənərbağça" klubundan ayrılan Aleksin bu klubun əzəli rəqibi olan "Qalatasaray"a keçəcəyi ilə bağlı söz-söhbətlər gəzməkdədir.
Korner.az-ın məlumatına görə, "sarı-qırmızılılar"ın rəsmi saytında bu məsələ ilə bağlı bəyanat yerləşdirilib.
Bəyanatda qeyd edilir ki, mətbuatda yayılan bu tipli xəbərlər uydurmadır və sırf tirajın artırılmasına hesablanıb.