“Fənərbağça”nın keçmiş futbolçusu Aleks de Souza “Qalatasaray” forması geyinən həmyerlisi və keçmiş komanda yoldaşı Felipe Melo haqqında danışıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Aleks, Melonu aqressiv hərəkətlərinə görə tənqid edib.
Aleks həmyerlisinin çox yaxşı futbolçu olduğunu , lakin bəzi hərəkətlərinə diqqət etməli olduğunu vurğulayıb.
