Aleks Ferqyuson: “Messi ən yüksək zirvədədir”
17.04.2019 , 18:18

“Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Ser Aleks Ferqyuson Messi barədə xoş sözlər deyib.
Şotlandiyalı futbol adamı 10 il əvvəlki Messi ilə indi meydanda olan Messi arasındakı fərqdən danışıb.
“10 il öncə gördüyüm Leo Messi ən yaxşı olmaq yolunda inamla addımlayırdı. Bu gün isə həmin şəxs artıq indiyədək olan ən yaxşısıdır.”
Qeyd edək ki, Lionel Messi hazırda top 5 liqalarda ən çox qol və məhsuldar ötürmə edən futbolçudur.
