Aleks Ferqyuson “Mançester Yunayted”ə qayıdır
25.12.2018 , 09:09

“Mançester Yunayted”də Jose Mourinyonun gedişindən sonra baş məşqçi postuna Ola Qunner Sulşer gətirildi.
Mançester təmsilçisiylə bağlı daha bir iddia ortaya atılıb. İngiltərə mətbuatı “qırmızı şeytanlar”ın əfsanəvi baş məşqçisi Aleks Ferqyusonun yenidən kluba qayıdacağını yazıb. Şotalndiyalı mütəxəssisin klubda məsləhətçi kimi çalışacağı qeyd edilib.
Qeyd edək ki, 77 yaşlı mütəxəssis 1986 – 2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub və kluba 38 titul qazandırıb.
