"Fənərbağça" nın ulduz futbolçusu Aleks de Souza məşqlərini artıq komandanın əvəzedici heyətində davam etdirəcək.
Korner.az– ın məlumatına görə, buna səbəb isə komandanın baş məşqçisi Aykut Kocaman ulduz futbolçunu əsas heyətdən kənarlaşdırmasıdır.
Artıq Aleksin oktyabrın 4-ündə Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Borussiya" (Münhenqladbax, Almaniya) klubu ilə keçiriləcək görüşdə iştirak etməyəcəyi dəqiqləşib. Alekslə yanaşı, Miroslav Stok və Kristian Baroniyə pul cəzası verilib.
