2004-cü il mövsümündə Braziliyanın "Kruzeryo" klubundan "Fənərbağça"ya keçən və bütün Türkiyədə hörmət qazanan ulduz futbolçu Aleks De Souza "sarı-lacıvərdlilər"dən ayrıla bilər.
Korner.az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, futbolçu mövsümün sonunda Braziliyaya qayıdacağını bildirib. Rəhbərlik yeni müqavilə təklif etsə belə imzalamayacağını vurğulayan Aleks bunları deyib:
"8 ildir İstanbuldayam. Ailəmlə birlikdə burada çox gözəl şeylər yaşadım. İlk uşağım da burada doğuldu. Ancaq yorulmuşam. Futbol oynamaq üçün özümdə 3 il hiss edirəm ki, bunu da öz ölkəmə saxlayıram".
Qeyd edək ki, "Fənərbağça"nın kapitanı indiyənə kimi klubunun heyətində 136 qol vurub, 107 asistend edib.
