Aleks De Souza üçün yolun sonu
04.05.2023 , 15:55

Braziliya B Seriyasının komandalarından olan “Avai” baş məşqçisi Aleks de Souza ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.
Klubun yaydığı açıqlamaya görə, baş məşqçinin köməkçiləri Oliveyra və Joao Kavalkanti də komandadan ayrılacaq.
Xəbərdə, tərəflərin müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
