Superliqa klublarından “Elazığspor” “ Fənərbağça” ilə yolları ayrılan braziliyalı oyunçu Aleks də Souzaya transfer təklifi edib.
Korner.az-ın məlumatına görə, komandanın meneceri Azad Öztürk Aleks ilə çərşənbə, cümə axşamı və cümə günü görüşdüyünü söyləyib.
'' Aleksə "Elazığspor"da olmasını arzu etdiyimizi söylədik. Aleks bu təklif üçün təşəkkür etdi. İlk olaraq ölkəsində oynamağı düşündüyünü söylədi. Ailəsinin də Braziliyaya qayıtmaq istədiyini ifadə etdi. Bizdən düşünmək üçün müddət istədi''.
