Albaniya millisinin baş məşqçisi istefaya göndərildi
23.03.2019 , 14:48

“AVRO-2020”-nin seçmə mərhələsinin ilk görüşündə Türkiyə millisinə 0-2 hesabı ilə məğlub olan Albaniya millisinin baş məşqçisi Kristian Panuççi istefaya göndərilib.
Bu barədə məlumatı Albaniya Futbol Federasiyası yayıb. Federasiya rəhbərliyi buna səbəb kimi son görüşlərdə əldə olunan uğursuz nəticələri göstərib.
Qeyd edək ki, italiyalı mütəxəssis 2017-ci ilin yayından Albaniya millisinin çalışdırırdı.
