Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə Albaniya "Skenderbeu"sunu məğlub edə bilməyən "Neftçi" sözügedən mətbuatın "məzə" obyektinə çevrilib.
Korner.az-ın məlumatına görə, Albaniyanın “Sport Panaroma” qəzeti bu dəfə “Neftçi” fanatları barədə yazaraq onlara ilişib:
"Matçdan öncə "Neftçi" düşərgəsində tamam başqa ab-hava var idi. Görünən budur ki, heç kim "Skenderbeu"dan bu cür oyun gözləmirdi. "Skenderbeu"nun facebookdakı səhifəsi hər gün "Neftçi" fanatlarının hücumuna məruz qalırdı. Hər kəs komandalarının qələbə qazanacağına hesablanmış özündənrazı komentlər yazırdı. Ancaq neçə gündür səsləri gəlmir”.
Qeyd edək ki, “Skenderbeu” – “Neftçi” oyunu iyulun 23-də keçiriləcək.
