Albaniya çempionu “Partizani” Bakıda
16.07.2019 , 18:47

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda sabah “Qarabağ”la qarşılaşacaq “Partizani” artıq Bakıdadır.
Korner.az-ın məlumatına görə,”Partizani” saat 20:00-da oyunun keçiriləcəyi “Dalğa Arena”da son məşqini keçirəcək.
“Qarabağ” – “Partizani” oyunu 21:00-da başlayacaq.Komandalar arasında ilk görüşdə hesaba açılmayıb.
