Albanın yeni klubu məlum oldu
18.06.2023 , 18:21

“Barselona”dan ayrılan Jordi Albanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
Onun MLS təmsilçisi olan “İnter Mayami” klubuna keçəcəyi gözlənilir.
Alba ilə yaxın günlərdə müqavilə imzalanacağı bildirilir.
