Albanı kim əvəzləyəcək?
08.10.2025 , 16:30
“Tottenhem”in keçmiş futbolçusu Serxi Regilon bundan sonra ABŞ komandası “İnter Mayami”də çıxış edəcək.
Korner.az xarici KiV-ə istinadən xəbər verir ki, 28 yaşlı ispaniyalı müdafiəçi ilə 3 illik müqavilənin imzalanacağı gözlənilir.
Regilon komandada mövsümün sonunda karyerasını bitirəcək olan Jordi Albanı əvəzləyəcək.
Futbolçu karyerası ərzində “Tottenhem”dən başqa “Real”, “Sevilya”, “Atletiko”, “Mançester Yunayted” və “Brentford”da da oynayıb.