Ölkə futbolu

Alban müdafiəçi “Qəbələ”də – Rəsmi

10.08.2020 , 20:48

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. 

Korner.az xəbər verir ki, “qırmızı-qaralar” heyətini alban müdafiəçi Yurgen Qoxa ilə gücləndirib. 28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçinin ötən mövsüm icarə əsasında “Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub. Bunadək arxa xətt oyunçusu “İliriya” (2014-2015), “Erzeni” (2015-2016, 2017-2018), “Beseldja” (2016), “Şenkoli” (2017) və “Tirana” (2019-2020) klublarında forma geyinib.

Son yazılar

Yuxarı