Alba: “Pike ilə bu barədə danışmadım”
23.03.2019 , 12:56

İspaniya millisi və “Barselona” klubun cinah müdafiəçisi Jordi Alba Norveç millisi ilə oyun öncəsi keçirilən mətbuat konfransında sualları cavablandırıb.
30 yaşlı futbolçu “Barselona” klubunda birgə çıxış etdiyi Jerar Pikenin Kataloniya millisini seçməsini belə şərh edib.
“Ümumiyyətlə, bu onun seçimidir. Bu barədə Pike ilə danışmamışam. Kataloniya millisi ilə il ərzində bir görüşə çıxacaq. Əgər özünü orada rahat hiss edirsə, ona heç kim səhv tuta bilməz. Siz, ən yaxşısı bu sualı Pikenin özünə verin”
Qeyd edək ki, Jerar Pike 2018-ci ildə keçirilən Dünya çempionatından sonra İspaniya millisindəki karyerasını başa vurub.
