“Mançester Yunayted” “Barselona”nın müdafiəçisi Xordi Albanı transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi artıq 5 ildir ki, Kataloniya klubunun formasını geyir. Alba 2012-ci ildə “Valensiya”dan tranfer olunub.
Onun son mövsümdəki çıxışı məşqçilər korpusunu və azarkeşləri qane etməyib. Bu səbəbdən də Albanın “Barselona”dan gedişi real görünür.
“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ispan müdafiəçinin çıxışını çox bəyənir. Portuqaliyalı mütəxəssis Albaya Lyuk Şounun əvəzləyicisi gözü ilə baxır.
