“Alaves”də iki nəfər koronavirusa yoluxdu
14.03.2020 , 18:39

“Alaves” klubunda iki nəfər koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Virusa yoluxanların hər ikisinin klubun texniki heyətinin üzvü olduğu bildirilib.
Komandanın digər üzvlərinin də testdən keçiriləcəyi qeyd olunub.
