“Alanyaspor”un futbolçusu Azərbaycan millisində
10.01.2020 , 10:46

Türkiyənin “Alanyaspor” klubunun futbolçusu Məhəmməd Mustafa Yıldırım Azərbaycanın U-19 yımasına dəvət alıb.
Korner.az “Yeni Alanya”ya istinadən xəbər verir ki, 17 yaşlı hücumçu millinin yanvarın 18-dən 28-dək davam edəcək Antalya hazırlığında iştirak edəcək.
Mustafa Yıldırım “Alanyaspor”un yetirməsidir.
Mustafa U-19 elit liqasında 14 oyuna 1 qol vurub.
