“Alanyaspor”dan yeni transfer
09.07.2020 , 19:34
“Alanyaspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “1860 Münhen”dən yarımmüdafiəçi Efkan Bekiroğlunu transfer edib.
24 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.
Efkan Bekiroğlu 2018-ci ildən “1860 Münhen”in şərəfini qoruyurdu.