“Alanyaspor”dan yeni transfer
07.02.2025 , 21:02

“Alanyaspor” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Panatinakos”dan hollandiyalı yarımmüdafiəçi Tonni Vilhenanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu “Alanyaspor”da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
O, cari mövsümdə “Panatinaikos”un heyəyində 3 rəsmi matçda iştirak etsə də, bu matçlarda hesaba töhfə verə bilməyib.
