Alan Şirer: “Sarrinin Arrizabalaqanı döyməyə haqqı vardı”
25.02.2019 , 17:21

Alan Şirer ötən güm liqa kubokunun finalında Mauritsio Sarri ilə qapıçı Kepa Arrizabalaqa arasında yaşananları biabırçılıq adlandırıb.
“Bu. sadəcə hörmətsizlikdir. Sarri oyundan sonra paltardəyişmə otağında Arrizabalaqa vursaydı belə, heç kəs onu qınaya bilməzdi. Qapıçının bu hərəkəti qarşılığında baş məşqçinin hər şeyə haqqı çatır.”
Qeyd edək ki, Sarri penaltilər seriyasında ehtiyat qapıçı Villi Kabalyeronu meydana buraxmaq istəyib. Kepa bu qərarla razılaşmayaraq meydanı tərk etməyib.
