Alaba “Real”dan gedir
03.04.2025 , 16:55

David Alaba “Real”dan ayrılmağa yaxındır.
Korner.az xəbər verir ki, avstriyalı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
32 yaşlı futbolçunun xidmətində bir neçə klubun maraqlı olduğu bildirilir.
Alabanın “Real”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədər qüvvədədir.
Onun “Transfermarkt”da transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.
