AL-də həftənin ən yaxşı futbolçusu seçildi
04.10.2019 , 18:27

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Arsenal”ın vingeri Qabriel Martinellidir.
Futbolçu Donyel Malen (PSV), Rafael Forster (“Lüdoqorets”) və Mohammed Elyunussini (“Seltik”) qabaqlayıb.
Qabriel, “Standard”la matçda (4:0) iki qol vurub, bir assist edib.
