Aksel Disasi icarəyə verildi
03.02.2026 , 11:45
“Vest Hem” “Çelsi”nin müdafiəçisi Aksel Disasini icarəyə götürüb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu yeni komandasında mövsüm sonuna qədər çıxış edəcək.
O, cari mövsümdə “Çelsi”də oynamağa imkan tapmayıb. Onun “zadəganlar”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.