Tofiq Bəhramov adına Respublika Stadionunun sabiq direktoru Akif İsmayılov bu gün 52 yaşında dünyasını dəyişib.
Korner.az-ın məlumatına görə, o, bir müddət idi xəstə yatırdı. A.İsmayılovla dəfn mərasimi bu gün keçiriləcək.
Məlumata görə, əvvəllər böyrəyindən əməliyyat olunmuş A.İsmayılov bu yaxınlarda soyuqdəymə nəticəsində sətəlcəm keçirib. Bakıdakı özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilən sabiq direktorun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.İsmayılov 16 il – (1999-2015) Respublika Stadionunun direktoru vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
