Ailton Silva “Qarabağ”da
03.07.2019 , 17:18

“Ştutqart” komandasının müdafiəçisi Ailton Silvanın “Qarabağ”a keçidi rəsmiləşib.
Korner.az-ın məlumatına görə klubun düşərgəsinə qoşulan və tibbi müayinədən keçən müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.24 yaşlı futbolçu 2019-2020 mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək.
