I divizionda XXIV turun daha 4 oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, “Ağsu” Qazaxda “Göyəzən”i darmadağın edib.
Bakı derbisində “Lokomotiv” sevinən tərəf olub. Lider “Araz Naxçıvan” isə doğma azarkeşləri önündə ən yaxın izləyicisi “Neftçala”nı məğlub edə bilməyib. Autsayder “Energetik” isə uzun müddətdən sonra xal qazanıb. Mingəçevir təmsilçisi qonşu Yevlaxdan xalla qayıdıb. Bununla da “Energetik” “Göyəzən”lə xalını eyniləşdirib.
“Göyəzən” – “Ağsu” 1:6
Sahil İsgəndərov, 90+2 – Malik Babayev, 13; 26; Qalib Əmrahov, 60; 70; 77; Tural Rzayev, 74
“Lokomotiv” – MOİK 2:1
Arif Vəliyev, 33; 39 – Məhəmməd Bədəlbəyli, 38
“Araz Naxçıvan” – “Neftçala” 1:1
David Canelidze, 66 – Rüfət Musayev, 77
“Karvan” – “Energetik” 1:1
Ülfət Hüseynov, 20 – Pərviz Hüseynov, 57