Ağırlıqqaldırma növündə çəki dərəcələri artırılıb
05.07.2018 , 14:00

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi yarışlar zamanı yeni çəki dərəcələrinin tətbiqinə dair qərar qəbul edib
Kişilərin mübarizəsində çəkilərin sayı 10-a çatdırılıb. Bunlar 55 kq, 61 kq, 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-dan yuxarı çəkilərdir.
2020-ci il Tokio Yay Olimpiya Oyunlarında isə 61 kq, 67 kq, 73 kq, 81 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-dan yuxarı çəkilərdə mübarizə gedəcək. Əvəzində 55 kq və 89 kq olimpiya çəki dərəcələri sayılmayacaq.
Hazırda qadınların yarışında yeni çəki dərəcələrinin müzakirəsi aparılır.
Qeyd edək ki, İcraiyyə Komitəsinin qərarını iyulun 6-da Özbəkistanın paytaxtı Daşkənddə keçirəcəyi iclasında IWF Konqresi təsdiqləyəcək. Bu halda, yeni çəkilərlə ilk yarış 1 – 10 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək dünya çempionatı olacaq.
