Digər idman növləri

Ağırlıqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

10.05.2022 , 14:02

Mayın 13-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağırlıqqaldırma üzrə yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start veriləcək.

Korner.az xəbər verir ki, üç gün davam edəcək yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın idmançı iştirak edəcək.

Turnirin keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə, kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində bu idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağırlıqqaldıranların aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və beynəlxalq yarışlara hazırlanmasıdır.

Son yazılar

Yuxarı