Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında Zirve İnternational Sport Clubs-ın Bolqarıstan filialının idmançısı da körpücük üzərinə çıxıb.
Korner.az-ın klub saytına istinadən verdiyi məlumata görə, “Smolyan-Zirvə”nin nümayəndəsi olan Milka Maneva qadınların yarışında 69 kq çəki dərəcəsində çıxış edib.
Olimpiya Oyunlarının iştirakçısı, Zirve İSC-nin ilk dünya çempionatının gümüş medalçısı olan Maneva birdən qaldırma hərəkətində 102 kq, təkanla qaldırma hərəkətində isə 132 kq-ın öhdəsindən gəlib. Toplamda 234 kq nəticə göstərən Milka, bu çəki dərəcəsində 6-cı yeri tutub.
Qeyd edək ki, bu, Manevanın şəxsi rekordudur. O, London Olimpiadasında 233 kq nəticə göstərmişdi.
Üstəlik, Maneva “Zirve İnternational Sport Clubs”-ın hələ ki, ən yaxşı çıxış edən atletidir.
