Ağayevdən qələbə
29.01.2022 , 14:33

Peşəkarlar karateçilərin mübarizə apardığı “Karate Combat” yarışları davam edir.
Korner.az xəbər verir ki, Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev ikinci döyüşünə çıxıb. Titullu idmançı Macarıstan təmsilçisi Jolt Habda ilə qarşılaşıb. Görüş Ağayevin qələbəsi ilə başa çatıb.
Rafael Ağayev ilk dəfə 2018-ci ildə “Karate Combat” turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.
