Ağayevaya UEFA-dan növbəti təyinat
29.07.2024 , 13:15

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinatı alıb.
Korner.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizani” (Albaniya) – “İberia” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq.
Avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ilk matç “İberia”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
