Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXIV turunun oyunlarında baş verənlər müzakirə olunub. “Xəzər Lənkəran” – “Bakı” matçında qırmızı vərəqə alanlarla vağlı qərarlar fərqli olub. Meydan sahiblərinin futbolçusu Ağabala Ramazanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza və 2000 manat cəriməyə məruz qalıb. “Bakı”nın legioneri Giorgios Pelagias isə növbəti oyunu buraxacaq. Paytaxt təmsilçisi 200 manat ödəməlidi. “Qarabağ”la matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 1000 manat cərimələnib.
“İnter”lə qarşılaşmanın 88-ci dəqiqəsində meydandan qovulan “Simurq”un əcnəbi oyunçusu Marko Stanojeviç 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.
