Ağabala Ramazanov rəsmən “Səbail”də
03.06.2022 , 17:44

“Zirə”dən ayrılan Ağabala Ramazanov karyerasını “Səbail”də davam etdirəcək.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb. Onunla bağlanana müqavilənin müddəti açıqlanmayıb.
29 yaşlı hücumçu 2018-2019 mövsümündə də “Səbail”də çıxış edib.
